BİOLOGİYA HƏYATIN ÖZÜDÜR

Biologiya həyat, onun forma və qanunauyğunluqları haqqında elmdir.Yer üzərində həyatı canlı orqanizmlər olmadan təsəvvür etmək mümkün deyil. Biologiya canlılara məxsus  bütün xüsusiyyətləri daşıyan orqanizmləri öyrənir.

Məktəbimizdə 19.04.2022 - ci il tarixində " Biologiya həyatın özüdür " adlı təcrübə tədbiri keçirilmişdir. Tədbirdə məktəb rəhbərləri, müəllimlər , şagirdlər və valideynlər iştirak etmişlər. Tədbir biologiya müəllimləri Bayramlı Rəmziyyə və Musayeva Rübabə tərəfindən təşkil olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra təcrübələrə başlanılmışdır.

Şagirdlərin təqdimatında " Fotosintez prosesi ", " Sümükdən qeyri-üzvi maddələrin çıxarılması ", " Qan qruplarının təyini ", "  Ürəyin quruluşu ", "  Mikroskopda soğan dəriciyi ", " Su və mineral maddələrin gövdədə hərəkəti ", " Meyvədən DNT-nin çıxarılması ", " Maya göbələyindən karbon qazının ayrılması ", " Toxumun cücərməsi " və s. təcrübələr aparılmışdır. Təcrübələr tədbir iştirakçılarının olduqca marağına səbəb olmuşdur. Təcrübə zamanı məktəbin  direktoru Qasımov Rövşən müəllimin və bir neçə şagirdin qan qrupları təyin olunmuşdur. Tədbirin sonunda məktəbin direktoru Rövşən Qasımov müəllimlərin və şagirdlərin fikirlərini dinlədikdən sonra biologiya fənninin həyatımızdakı və cəmiyyətdəki  rolundan  danışmışdır. Aparılan təcrübə tədbirlərinin şagirdlərin tədris ili ərzində qazandıqları biliklərin praktik cəhətdən möhkəmləndirilməsinə xidmət etdiyini vurğulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi