ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ

Məktəbimizdə 12.04.2022 - ci il tarixdə Mülki Müdafiə günü keçirilmişdir. 2,5,6 - cı siniflərdə açıq dərslər təşkil olunmuşdur. Məktəbin direktoru Rövşən Qasımov və Xəzər rayonu Mülki Müdafiə İdarəsinin əməkdaşı Zaur Xələfov siniflərdə açıq dərslərə baxış keçirmişdir. Şagirdlərin bu sahədə bilik və bacarıqları yoxlanılmışdır. Siniflərdə həm əyani, həm də interaktiv dərslər təşkil olunmuşdur. Eyni zamanda mina təhlükəsizliyi baxımından da interaktiv dərslər təşkil olunmuşdur. Məktəbin GÇH rəhbəri Vüsal Talıbov tərəfindən yuxarı sinif şagirdləri ilə fərdi mühafizə vasitələrindən istifadə və yaralının təhlükəli zonadan çıxarılması və ilk tibbi yardım qaydalarının yerinə yetirilməsi təcrübə olaraq göstərildi. Eyni zamanda 2,5,6-cı sinif rəhbərləri ilə kiçik toplantı keçirildi. Xəzər rayonu Mülki Müdafiə regional şöbəsinin əməkdaşı Zaur Xələfov və məktəbin direktoru Rövşən Qasımov çıxış edərək Mülki Müdafiənin əhəmiyyətindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi