ƏYLƏNCƏLİ KİMYA

   Həyatımızın əsas hadisələrindən  biri məhz kimya sahəsidir. Qədim zamanlarda, yəni insanların biliyinin yetərincə olmadığı dövrlərdə fırıldaqçı kimyaçılar bundan öz mənafeləri üçün istifadə etmişlər.

  Kimya - maddələrin tərkibini, quruluşunu, xassələrini, maddələrin bir - birinə çevrilməsi və bu çevrilmələr zamanı baş verən hadisələri müşayiət edən elmdir. Geyindiyimiz geyimlər, içdiyimiz su və müxtəlif içkilər, yediyimiz qidalar  hətta udduğumuz oksigen belə kimyadır. Demək, kimya həyatdır.

 Məktəbimizdə Kimya müəllimi Nəcəfova Esmira  9, 10, 11 - ci sinif şagirdləri ilə birgə  " Əyləncəli kimya gecəsi " keçirmişlər.  Tədbirdə 9, 10, 11 - ci sinfin  I və IV ixtisas qrupuna gedən şagirdlər, Kimya,  Biologiya və Fizika fənn müəllimləri  iştirak etmişlər. " Quru buz ", " Vulkan ", " Fironun ilanları ", " Hidrogenin alınması ", " Yaş dəsmal ", " Oksigenin alınması ", " Hoppanan natrium ", " Sehirli yazıların oxunması ", " Su altında şimşək ", " Lava lampası " təcrübələri aparılmışdır. Aparılan kimyəvi təcrübələr müəllimlərin və şagirdlərin böyük marağına səbəb olmuşdur.

Tədbirin sonunda məktəb rəhbərləri, fənn müəllimləri və valideynlər çıxış etdilər.

Təcrübə gecəsinə yekun vuran məktəbin direktoru Rövşən Qasımov ilk öncə fənn müəllimi Esmira Nəcəfovaya və şagirdlərə minnətdarlığını bildirdi və kimyanı öyrənməyin vacibliyini iştirakçıların  nəzərinə çatdırdı. Kimya elmində dünya şöhrətli alimlərin ixtiralarını vurğulayaraq bildirdi ki,bu sahədə azərbaycanlı alimlər də öz sözlərini hər zaman sübuta yetirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi