ŞƏHİD QABİL QULİYEVİN DOĞUM GÜNÜ

Möhtəşəm “ Kitabi-dədə Qorqud ” dastanında  “ Torpağı qorumursansa onu əkib becərməyə dəyməz ” müdrik kəlamı söylənirdi. Vətən torpağımız hər zaman yadelli işğalçıların hücumuna məruz qalmışdır.

         1988-ci ildən başlayan erməni təxribatları sonradan açıq müharibəyə keçdi. Ancaq mərd oğullarımız heç vaxt düşmən qabağından geri çəkilmədi, bu, onun canı bahasına olsa belə.

         Məktəbimizdə 5 aprel I Qarabağ müharibəsinin qəhrəman şəhidlərindən biri Quliyev Qabil Oruc oğlunun doğum günü qeyd olundu. Tədbirdə məktəb rəhbərləri, şəhid anaları, bacıları, qazi ailələrinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və şəhidlər bir dəqiqəlik sükutla yad edildi.

         Şəhid Quliyev Qabil Oruc oğlu 5aprel 1966-cı ildə Qubadlı rayonunun Qaracallı kəndində doğulmuşdur. Qabil orta məktəb və orta ixtisas təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. I Qarabağ müharibəsi başlayanda igid Qabilin də tək bir istəyi var idi. O da Vətəni yağı düşməndən qorumaq idi. Döyüşlərdə bir neçə erməni quldurlarını məhv edən Qabil Quliyev 1992-ci il avqustun 6 - da Laçının Suarası kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə döyüş yoldaşı ilə birlikdə şəhid olmuşdur.

         Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Kazımovanın təşkilatçılığı ilə hazırlanan tədbirdə şagirdlər I və II Qarabağ Müharibəsi, Şəhid Qabil Quliyevin keçdiyi döyüş yolu haqqında məlumat vermiş, vətənpərvərlik mövzusunda şeirlər söyləmiş, mahnılar ifa etmiş, slaydlar göstərilmiş, idman nömrələri nümayiş edilmişdir.

      Şəhid Qabil Quliyevin bacısı Nuridə müəllim qardaşı ilə  bağlı xatirələrini söyləmişdir. Şəhid anaları Dürdanə xanım, Lalə xanım, Şəhid bacısı Əminə xanım, Şəhid yoldaşı Xəyalə xanım, qazi ailələrinin nümayəndələri Leyla xanım və Fəridə xanım çıxış etmişlər.

         Tədbirə yekun vuran məktəbin direktoru Rövşən Qasımov həm də I Qarabağ qazisi kimi o dövrdəki hadisələri ətraflı tədbir iştirakçılarının nəzərinə çatdırdı.

         O bildirdi ki, başda Ali baş Komandan İlham Əliyev olmaqla Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək 44 gün ərzində torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün Qarabağımızın bərpası sürətlə gedir. Artıq şəhidlərimizin qəbirləri bərpa olunur və yad edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi