MİLLİ - MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ

Azərbaycan xalqı dünya xalqları içərisində öz milli - mənəvi dəyərlərinə görə seçilən xalqlardandır. Tarixi kökə və qədim ənənələrə malik xalqımız bir çox dəyərlərinə görə bu gün də bir nümunədir.

Məktəbimizdə   Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Sahibova IXc sinif şagirdləri ilə “ Milli - mənəvi dəyərlərimizi qoruyaq ” mövzusunda layihə işi hazırlanmışdır. Dərs zamanı  folklor nümunələri, milli mental dəyərlərimiz bir- bir sadalanmış onların həyatımızdakı rolundan danışılmışdır.

   Bədii ədəbiyyyatda xalqın mənəvi dəyərlərinə aid nümunələr şagirdlər tərəfindən söylənilmiş esse yarışması edilmişdir. Ən birinci dəyər olan vətənpərvərlik bütün dövrlərdə olduğu kimi, 44 günlük  müharibə dövründə öz şirin canlarını çəkinmədən vətən üçün qurban verən  igidlərimiz dünyanı heyrətə gətirdilər.

    Layihənin təhlili zamanı məktəbin direktoru Rövşən Qasımov  şagirdlərin milli-mənəvi dəyərlərlə əlaqədar fikirlərinə əlavə edərək, babalardan bizə yadigar qalan hər bir dəyəri qorumağın  hər birimizin  borcu olduğunu söyləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi