MƏKTƏBİMİZDƏ İMƏCİLİK

Yaz fəslinin gəlişi ilə əlaqədar məktəbimizdə iməcilik keçirilmişdir. İməcilikdə məktəb rəhbərləri, müəllimlər, texniki işçilər və şagirdlər iştirak etmişlər.

İşlər həm məktəbin həyətyanı sahəsində, həm də məktəb binasının daxilində aparılmışdır. Siniflərdə, dəhlizlərdə, kabinetlərdə tam təmizlik işləri aparılmış, məktəbin həyətyanı sahəsində olan səki kənarları əhənglə ağardılmışdır. Məktəb ətrafında yaşıllıq və meyvə ağacları əkilmiş, ağacların dibləri bellənmiş və suvarılmışdır.

Şagirdlər həvəslə məktəbin qarşısında əkilmiş gülləri sulamış və yeni gül kolları əkmişlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi