31 MART SOYQIRIMI

1918 - ci il martın 31- dən aprelin 1- dək erməni daşnak - rus bolşevik qüvvələri birləşərək azərbaycanlılara qarşı kütləvi qırğınlar etmişlər. Bu qırğınları bütün Azərbaycan ərazisində planlı şəkildə vəhşicəsinə törətmişlər. Onlar xarici əlaltılarının köməkliyi ilə əvvəlcədən silahlanmış və hər yerdə öz qüvvələrini yerləşdirmişlər. O dövrdə azərbaycanlıların hərbi təşkilatı və döyüş sursatları demək olar ki, yox dərəcəsində idi.

Mənfur düşmən Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Qəbələdə, Göyçay, Ərəş qəzalarında, Şərur-Naxçıvanda, Zəngəzurda on minlərlə insanı vəhşiliklə qətlə yetirmiş, diri - diri yandırmış, əl,qol və başlarını kəsmişlər. Onların vəhşilikləri qətliyamlarla bitməmiş, Azərbaycan ərazisində 800-dən artıq yaşayış məntəqisini də yerlə yeksan etmişlər.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998 - ci il tarixli sərəncamı ilə 31 mart Dünya Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Məktəbimizin foyesində Mart Soyqırımına həsr olunmuş mitinq keçirilmiş, Dövlət Himni səsləndirilmiş, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mitinqdə məktəbin direktoru Rövşən Qasımov çıxış edərək o dövrdə və bütün dövrlərdə ermənilərin törətdikləri vəhşilikləri müəllimlərin və şagirdlərin diqqətinə ürək dolusu  çatdırmışdır.

Məktəbin tarix müəllimi Nizami İbrahimovun təşkilatçılığı ilə 31 Mart Soyqırımına həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransda məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişlər. Şagirdlər tərəfindən Azərbaycan tarixində baş verən faciələr haqqında ətraflı məlumat vermişlər. Hazırlanan slaydlar göstərilmişdir. Konfransa məktəbin direktoru Rövşən Qasımov öz çıxışı ilə yekun vurmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi