NOVRUZ ŞƏNLİYİ

    Milli bayramlarımızdan ən yaddaqalanlarından biri " Novruz bayramı " dır. " Novruz  " sözünün mənası yeni gün deməkdir. İlin təzələnməsi, torpağın oyanması, hər yerin yaşıllaşması, ağacların çiçəkləməsi, əkin işlərinin başlanması Novruzun - yazın gəlişindən xəbər verir. Həyətlərdə, bağlarda yeni tinglər əkilir, evlərdə Novruz adətlərinə uyğun təmizlik işləri aparılır, səmənilər cücərdilir, şirniyyatlar bişirilir. İnsanlar bir - birinin evinə qonaq gedir, böyüklər yad edilir.

   Məktəbimizdə 17 mart tarixində Azərbaycan dili və ədəbiyyat   fənn müəllimi İradə Abulovanın və coğrafiya fənn müəllimi Əminə Efendiyevanın təşkilatçılığı ilə Novruz şənliyi təşkil olunmuşdur. Tədbirdə Azərbaycanın bölgələrinin adət-ənənələrinə və mətbəxinə aid nümunələr hazırlanmış və məlumatlar verilmişdir. Ədəbi-bədii  kompozisiyalar hazırlanmış və nümayiş etdirilmişdir. Müxtəlif  xalqlara məxsus musiqi və rəqs nümunələri hazırlanmışdır.

  Novruz şənliyində məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər. Şəhid İsmayılzadə Vüsalın anası Lalə xanım və Şəhid Əkbərov Əmrahın anası Dürdanə xanım tədbirdə iştirak edərək bütün müəllimlər və şagirdləri bayram münasibətilə təbrik etmişlər.

   Ədəbi-bədii gecəyə yekun vuran məktəbin direktoru Rövşən Qasımov Novruz bayramının tarixi haqqında və xalqımızın milli birliyini  əks etdirən faktları çatdırdı və bayram münasibətilə hamını təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi