İLAXIR ÇƏRŞƏNBƏSİ

Hər bir dünya xalqlarının özünəməxsus milli bayramları vardır. Novruz bayramı Azərbaycan xalqının milli bayramlarından biridir. Novruz milli birlik, sülh, bərabərlik, ruzi bərəkət bayramıdır.  Məktəbimizdə ilaxır çərşənbə günündə tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər iştirak etmişlər. Tonqal başına yığışan şagirdlər musiqi nömrələri ifa etmiş, yallı getmişlər. Tədbirdə çıxış edən məktəb direktoru Rövşən Qasımov hamını salamlayaraq, bayram münasibətilə təbrik etdi. Tarix boyu unudulmaz bayramımız haqqında məlumatlar verdi. Odlar Yurdu olan Azərbaycanın yanan alov və məşəllərinin bundan sonra Qarabağın hər bir torpağında alovlanacağını qürur hissi olaraq xüsusi vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi