XOCALI SOYQIRIMI

Azərbaycan xalqı qədim tarixi köklərə malik olan dünya xalqlarındandır. Tarix boyu qonaqpərvərlik , humanistlik  və alicənablıq xalqımıza bəzən uğursuzluqlar da gətirmişdir. Buna ən bariz nümunə mənfur düşmənimiz olan ermənilərə öz doğma  yurdunda yer verən xalqımıza  qarşı vəhşi münasibətləri və qəddar hərəkətləri idi. 1992-ci ilin fevral ayının 25-dən  26-na keçən o qarlı-şaxtalı gecədə erməni faşistləri  Rusiyanın  366-cı moto-atıcı alayının köməkliyi ilə Xocalı şəhərini  mühasirəyə alıb hücuma keçdilər.  Həmin gecə erməni və rus hərbiçiləri  insanlıqdan  təmamilə kənara çıxaraq  bəşər tarixində görünməmiş cinayət və vəhşiliklər  törətdilər.

  Xocalı soyqırımı zamanı 613 nəfər öldürülmüş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi indiyədək məlum deyil.Qətlə yetirilənlərin  3-ü uşaq, 70-i qoca və 106-sı qadın olmaqla yanaşı 8 ailə ümümiyyətlə məhvə düçar qalmışdır.

Məktəbimizdə Xocalı soyqırımı faciəsinin 30 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Ədəbi - bədii tədbiri  məktəbin  Azərbaycan dili və ədəbiyyat  müəllimi  Məhərrəmova Nigar şagirdlərlə  hazırlamışdır. Məktəbin foyesində  Texnologiya müəllimləri  Məmmədova Sima, Gülmalıyeva İlahə, Yusifova Mehriban və İmanova Nəzakət şagirdlərlə  hazırladıqları əl işləri  və rəsmlərdən ibarət  “Soyqırım guşəsi” hazırlamışlar. İbtidai sinif  müəllimləri  Cəlilova Sevda və Rəhimova Xanımzadə  Xocalı faciəsinə həsr olunmuş dərslər  təşkil etmişlər.

Tədbirdə və keçirilən dərslərdə çıxış edən məktəbin direktoru  Rövşən Qasımov Xocalı faciəsi ilə bağlı o dövrdə baş verən  hadisələri  faktlarla  müəllimlərin və şagirdlərin  nəzərinə çatdırdı.Eyni zamanda  44 günlük müharibədəki  Zəfər qələbəmizdən  ürəkdolusu  danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi