MƏKTƏBIMIZDƏ PARTLAYICI SURSATLARIN TƏHLÜKƏSİNƏ DAİR MAARİFLƏNDİRMƏ

Təbii ki, əbədi və əzəli torpaqlarımıza qovuşan hər bir vətəndaşımız səbirsizliklə həmin əraziləri ziyarət etmək istəyir. Lakin mənfur düşmənin törətdiyi əməllərin fəsadları qalmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarımıza xüsusi icazə olmadan gedən mülki vətəndaşlar, o cümlədən gənclər arasında minaya düşərək həlak olan və ya yaralananlara, təəssüf ki, rast gəlinir.

Bu baxımdan Azərbaycan Respublikası Təhsi Naziri “Təhsil müəssisələrinin müəllim-şagird(tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təsdiq edilməsi barədə 2021-ci il 20 avqust tarixində müvafiq əmr imzalayıb.

Əmrin icrası ilə bağlı Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə mina təhlükəsizliyi və partlamamış hərbi sursatlar baxımından tədbir keçirilmişdir. Tədbiri çıxış sözləri ilə məktəbin direktoru  Rövşən Qasımov açıq elan edərək 44 günlük Zəfər qələbəmizdən xalqımızın hünərpərvərliyindən əzmkarlığından danışmışdır. Qələbəmizin əldə olunmasında Şanlı ordumuzun əsgər və zabitlərinin hünərpərvərlik göstərərək qanı və canı bahasına torpaqlarımızı işğaldan azad etmələrini vurğulamışdır. Məhz qələbənin memarı Ali Baş Komandan və Azərbaycan Respublikasının Prezidenti Cənab ilham Əliyevin olduğunu bildirmişdir.

Dərsdə Azərbaycan respublikasının Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı Aydın Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri Sektorunun əməkdaşı Şəhanə Ələkbərova, Xəzər rayonu Azad Həmkarlar Təşkilatının sədri Əbilov Həzərxan, Xəzər rayonu Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinin Çağırış Şöbəsinin rəisi Ceyhun Məmmədov, Vətən Müharibəsi Veteranlar Şurasının sədri Rəyasət Tağıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq fənni üzrə metodisti Mürsəl Qurbanov, Xəzər rayonu 340 nömrəli uşaq bağçasının müdiri Gülnar Qəmbərova, Xəzər rayonu İdman Gənclər İdarəsinin müdiri Vüqar Əliyev və bir çox qazi və qazi müəllimlər iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və qanından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik anıldı.

 Təqdimatı 11-ci sinifdə edən məktəbin direktoru Rövşən Qaımov partlamamış hərbi sursatlar və mina təhlükəsizliyi baxımından interaktiv, nəzəri və əyani baxımından şagirdlərə dərsi izah etdi. Şagirdlərin təqdimatında onların hazırladıqları əl işləri və rəsm işləri nümayiş etdirildi. Şagirdlərin PHS və minaların düzəldilməsi və bu sahədə canlı olaraq çəkdikləri rəsm işləri dərsin gedişatında nümayiş etdirildi. Eyni zamanda qələbəmizin rəmzi olan xarı bülbül və xalqımızın iradəsi olan dəmir yumruq ifadələri şagirdlər tərəfindən səsləndirilərək bu baxımdan hazırladıqları əl işləri də dərsin gedişində nümayiş etdirildi.

“Həyat bilgisi” fənni üzrə Həsənova Aynurə müəllim partlamamış hərbi sursatlar və mina təhlükəsizliyi baxımından ilk tibbi yardım qaydalarını interaktiv, əyani və nəzəri baxımdan şagirdlərin nəzərinə çatdırdı. Bu baxımdan dərsin sonunda şagirdlər tərəfindən mina təhlükəsizliyinə qarşı bir səhnəcik göstərildi. Həmin səhnəcikdə partlayışa məruz qalan uşağa ilk tibbi yardım qaydalarının göstərilməsi nümayiş etdirildi.

Tədbirin sonunda çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Aydın Əhmədov tədbirin çox yüksək səviyyədə hazırlandığını bildirdi. Şagirdlərin təqdimatında onların mina təhlükəsizliyinə qarşı hazırladıqları əl işləri və rəsm işlərinin məktəb işi üçün çox vacib və önəmli olduğunu bildirdi.

BŞTİ-nin əməkdaşı Şəhanə Ələkbərova çıxış edərək tədbir haqqında öz fikirlərini və təəssüratlarını bildirdi.

Xəzər rayonu Azad Həmkarlar İttifaqının sədri Həzərxan Əbilov da tədbir haqqında öz fikirlərini bildirdi. Belə tədbirlərin bütün ümumtəhsil məktəblərində keçirilməsini məqsədəuyğun saydı. Tədbirdə görülən işləri yüksək qiymətləndirdi.

Xəzər rayonu Vətən Müharibəsi Veteranlar Təşkilatının sədri Rəyasət Tağıyev çıxış edərək mina təhlükəsizliyi baxımından keçirilən belə tədbirlərin şagird və müəllimlər arasında əhəmiyyətinin çox vacib olduğunu vurğuladı.

340 nömrəli uşaq bağçasının müdiri Gülnar Qəmbərova da çıxış edərək tədbirin bu gün ölkəmiz və uşaqlar üçün çox əhəmiyyətli olduğunu bildirdi.

Digər qonaqlar da, çıxış edərək tədbir haqqında öz təəssuratlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi