ANA DILIM RUHUM MƏNIM

Məktəbimizdə 21 fevral “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişlər. Tədbirin təşkilatçısı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şamxalova Vüsalə müəllim olmuşdur. Konfransda müəllimlər və şagirdlər dünya dilləri, eləcə də Azərbaycan dili haqqında ətraflı məlumat vermişlər.  Şagirdlər “Ana dili” mövzusunda şeirlər və müdrik kəlamlar söyləmişdir.

Konfransın sonunda məktəbin direktoru Rövşən Qasımov  dilimizi yad sözlərdən qorumağın vacib olduğunu bildirmiş, dilimizin lüğət qaydalarından düzgün istifadə etməyimizi tövsiyə edərək tədbir iştirakçılarına təşəkkür etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi