BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i “Beynəlxalq Ana Dili Günü” elan edilib.

         Hər bir millətin maddi və mənəvi irsinin qorunmasında ən güclü vasitələrdən biri dildir. Dilin fəallığını qorumaq, onun zənginləşməsində müstəsna xidmət göstərmək hər bir vətəndaşın borcudur.

         Ünsiyyət qurmaq, başqalarına öz fikrini çatdırmaq üçün dilin qanunauyğunluqlarına ciddi yanaşmalı, onun fonetik, leksik və qrammatik normalarına yiyələnməliyik.

         Dilimiz Azərbaycan dili dünya dilləri arasında özünəməxsus yeri vardır. Dilimiz morfoloji xüsusiyyətlərinə görə dünyanın zəngin dillərindən birirdir.

Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi tarixi mübarizənin qızıl səhifələrindən biridir. Ümummilli lider Heydər Əliyev və layiqli davamçısı olan prezidentimiz İlham Əliyev dilin təkmilləşməsi, möhkəmlənməsi yolunda dəyərli fərmanlar və sərəncamlar vermiş, dilimizin mənsubiyyətinin qorunmasında xüsusi xidmətlər göstərmişlər.

         Məktəbimizdə beynəlxalq ana dilinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbir Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başlamışdır. Tədbiri hazırlayan və aparıcısı olan Vüsalə müəllim iştirakçıları salamlayaraq tədbiri açıq elan etdi.

         Şagirdlərin hazırladıqları “Ana dili” kompozisiyaları, söylədikləri şerlər və ifa etdikləri rəqslər, mahnılar hamının diqqətini çəkmişdir. Böyük dramaturqlar Cəlil Məmmədquluzadənin “Anamın kitabı” və Səməd Vurğunun “Vaqif” dramından hissələr səhnələşdirilmişdir.

         Tədbiri yekunlaşdıran məktəbin direktoru Rövşən Qasımov dilimizi qorumağın hamımızın borcu olduğunu söyləmiş və şagirdlərə fəal iştirak etdiklərinə görə təşəkkür etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi