ŞƏHİD ƏMRAH ƏKBƏROVUN DOĞUM GÜNÜ

Lerik rayonunun Livəgirdə kəndində 1998-ci il 21 fevralda dünyaya gələn Əkbərov Əmrah Şahid oğlu 2004-cü ildə Livəgirdə kənd orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2005-ci ildən isə təhsilini Bakı şəhəri Xəzər rayonu 322 nömrəli məktəbdə davam etdirmişdir. Məktəbin IX sinfini bitirdikdən sonra 2013-cü ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2016-cı ildə həmin liseyi bitirmişdir.

Şəhid Əmrah Əkbərov 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. Təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində baş kəşfiyyatçı kimi xidmətə başlamışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan Əmrah Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əmrah Əkbərov oktyabrın 12-də Xocavənd rayonunun Hadrut döyüşləri zamanı şəhid olmuşdur.

         Məktəbimizdə Şəhid Əmrah Əkbərovun doğum gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri məktəbin 4Ç sinif müəllimi Məmmədova Şərqiyyə şagirdləri ilə birgə hazırlamışdır. Şagirdlər tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar göstərilmiş, eyni zamanda Əkbərov Əmrahın keçdiyi döyüş yolu vidioformatda iştirakçılara təqdim olunmuş, çıxışlar edilmişdir.

         Tədbirin sonunda məktəbin direktoru Rövşən Qasımov Şəhidin anası Dürdanə xanıma fəxri fərman və hədiyyə təqdim etmiş, böyütdüyü igid və cəsur övlada görə öz dərin minnətdarlığını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi