SON UÇUŞ

Əliyev Xəyyam Əlixan oğlu 17 dekabr 1990-cı il Bakı şəhəri Suraxanı rayonu Əmircan kəndində anadan olmuşdur.

1997-ci il Suraxanı rayonu 154 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmiş və milli Aviasiya Akademiyasının rus bölməsi Uçan aparatlar və onların mühərriklərinin texniki istismarı fakultəsinə daxil olmuşdur. 2013-cü ildə həmin akademiyanı bitirmişdir.

10 iyul 2013-cü ildə Suraxanı rayonu SHXÇÜDX idarəsi tərəfindən müddətli hərbi xidmətə çağırılmışdır və xidmətini DSX sərhəd qoşunlarının 2015 nömrəli hərbi hissəsində davam etdirmişdir. 10 may 2014-cü ildə zabit hazırlıq kursuna cəlb olunmuş və 27 iyul 2014-cü ildə həmin kursu bitirmişdir.

15 avqust 2014-cü ildə leytenant rütbəsini almış və DSX-nin 2015 nömrəli hərbi hissəsində uçuş aparatları və mühərriklərin reqlament bölməsinin texniki vəzifəsində xidmət etmişdir.

15 avqust 2016-cı ildə baş leytenant rütbəsi almışdır.

2020-ci ildə Vətən Müharibəsi iştirakçı olmuşdur.

2021-ci ildə silahlar üzrə hərbi hissənin komandir müavini olub.

Məktəbimizdə Şəhid Xəyyam Əliyevin ailəsi ilə görüş keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.

Görüşdə şəhidin həyat yoldaşı olan məktəbin informatika müəllimi Xəyalə Əlixanzadə, şəhidin digər ailə üzvləri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişlər. Tədbir zamanı helekopter qəzasında şəhid olan hər bir zabitimiz haqqında məlumat verildi. Şagirdlər tərəfindən hazırlanan slaydlar göstərildi.

Tədbirdə çıxış edən məktəbin direktoru Rövşən Qasımov şəhid ailəsinə səbrli olmağı, onun yadigarı olan oğlunu atası Xəyyama layiq övlad kimi böyütməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi