2 Fevral Gənclər Günüdür

Tarixən Azərbaycan gəncliyi öz dəsti-xətti ilə seçilmişdir. Dünya gəncləri arasında keçirilən idman, mədəniyyət,təhsil, elm və intellekt yarışmalarında gənclərimiz həmişə layiqli yer tutmuşlar. Hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Bu gün 1997-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, ulu öndərimizin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi idi.

Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq vətənimizdə qeyd olunub. Doğma Azərbaycanımızın hər bir sahəsində gənclər əsas aparıcı qüvvəyə çevrilmişdir. Haqq savaşımız olan ikinci Qarabağ müharibəsində də Azərbaycan gəncliyi Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək mənfur düşməndən torpaqlarımızı geri aldılar. Məktəbimizdə 2 fevral tarixində “Gənclər Günü” nə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlamışdır və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Şagirdlərimiz tərəfindən hazırlanan mahnı, rəqs və tamaşa nömrələri hamının diqqətini çəkdi.

         Tədbirimizdə Şuşa döyüşlərində iştirak etmiş XTQ giziri qazi Həsənov Elmar iştirak etmiş və keçdiyi şanlı yolun xatirələrindən danışmışdır.

Tədbirə yekun vuran məktəbin direktoru Rövşən Qasımov dünən və bu günün gəncliyinin Azərbaycan xalqının həyatındakı rolundan danışdı. II vətən müharibəsindəki Zəfər qələbəsinin əldə olunmasında gənc nəslin hünər və iradəsindən statlar gətirdi. Parlaq gələcəyimizin daima inkişaf mərhələsində olmasını gənc nəslin gördüyü xidmətlərə bağlı olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi