Milli Qürur Günümüz

1990 – cı il yanvarın 19 – dan 20 – nə keçən gecə Bakı şəhərinə qoşun yeridən Sovet ordusu  dinc əhaliyə qarşı qırğın törətmişdir.  Bu hadisə Sovetlər İttifaqının Kommunist partiyasının I katibi M.S.Qorbaçov, Daxili İşlər Naziri Boqatin, Xarici İşlər Naziri Primakov və Müdafiə Naziri Yazov tərəfindən törədilmişdir.  Orduya başçılıq edən komendant mayor Dubinyak təyin olunmuşdur və onun nəzarət etdiyi ordu bu qırğınların törədilməsinə səbəb olmuşdur . Nəticədə 137 nəfər şəhid olmuş, yüzlərlə insan yaralanmış və itkin düşmüşdür. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub.

Faciədən dərhal sonra 1990 - cı ilin yanvarın 21 – də  ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib.

SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.

Hər il olduğu kimi bu il də məktəbimizdə 20 Yanvar faciəsinin ildönümü yad edilmişdir. Məktəbin foyesində 20 Yanvar faciəsinin qurbanlarının şəkilləri və o dövrdəki qanlı cinayətlərin izlərini əks etdirən sərgi yaradılmışdır. Bütün siniflərdə 20 Yanvar faciəsi  anılmış, şagirdlərə əlavə məlumatlar verilmişdir. 20 Yanvar faciəsinə həsr edilmiş konfrans və ədəbi – bədii gecə keçirilmişdir. Tədbirdə müəllimlərin və şagirdlərin faciə haqqında məlumatları, şeir parçaları dinlənilmiş, şagirdlər tərəfindən hazırlanan bədii kompozisiyalar maraqla izlənilmişdir. “ 20 Yanvar faciəsi “ ilə bağlı məktəbimizdə II, III, IV siniflərdə ifadə yazı işi, V – XI siniflərdə inşa yazı işləri yazılmışdır.

Tədbirə yekun vuran məktəbin direktoru Rövşən müəllim 1988 – 1990 – cı illər haqqında məlumat vermiş, məhz 20 yanvar azadlığımıza, müstəqilliyimizə aparan yolun başlangıcı olduğunu söyləmişdir. Allah şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi