MƏKTƏBİMİZDƏ HƏMRƏYLİK GÜNÜ

Qədim köklü tarixə və mədəniyyətə malik olan Azərbaycan xalqı əsrlərlə yadelli işğalçıların və mənfur qonşuların işğalına məruz qalmışdır.

Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Məktəbimizdə “ Dünya Azərbaycanlıların Həmrəylik Günü ”nə həsr olunmuş

ədəbi-bədii gecə keçirilmişdir. Ədəbi - bədii gecəni 3H “ Sağlam təhsil ” sinif müəllimi Gülnar Ələsgərova şagirdləri ilə hazırlamışdır. Tədbirdə şagirdlər tərəfindən hazırlanan rəqslər, mahnılar tamaşalar göstərilmişdir. Tədbirin gedişi zamanı məktəbin direktoru Rövşən Qasımov Həmrəylik Gününün tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verdi.

Tədbir zamanı “Zəfər Günü” tədbirində fərqlənən bir qrup müəllim və şagird

“ Fəxri Fərman ”la mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi