YENİ İLƏ YENİ KİTABLARLA

27 dekabr 2021-ci ildə məktəbimizin kitabxanasında “ Yeni ilə yeni kitablarla ” adlı kitab sərgisi keçirilmişdir. Kitab sərgisində kitabxananın fonduna yeni daxil olmuş 297 kitab nümayiş etdirilmişdir. Əyani təbliğat formalarından biri olan kitab sərgisində məqsəd müəllim və şagirdlərin yeni bədii ədəbiyyatla taniş etməkdir. Sərgi beş mövzunu əhatə  etmişdir:

  1. “ Xarı bülbülün zəfəri ” Bu bölmədə I və II Qarabağ  müharibəsində yaşananları, Azərbaycan oğullarının qəhrəmanlığını , Ali Baş Komandanın siyasi uğurunu özündə əks etdirən kitablar nümayiş etdirilmişdir.
  2. “ Vətənimiz qarış-qarış ” adlı bölmədə ölkəmizin müxtəlif bölgə və şəhərlərinə aid yazılmış uşaq kitabları və Bakı şəhərinin memarlıq abidələrini özündə əks etdirən ədəbiyyatlar təşkil olunmuşdur.
  3. “ Nağılların sehrində ” bölməsində uşaq ədəbiyyatına daxil olan nağıl və hekayə kitabları nümayiş etdirilmişdir.
  4. “ Azərbaycan ədəbiyyatından incilər ” adlı bölmə isə Azərbaycan ədəbiyyatının klassik və müasir ədəbiyyat nümunələri – nəfis tərtibatlı kitablar təqdim olunmuşdur.
  5. “ Ustalığa yüksələrək bu dünyanı xoş edənlər ” bu bölmədə isə Dünya  ədəbiyyatı üzrə Nobel mükafatı alan, eyni zamanda çox məhşur yazıçıların əsərləri nümayiş etdirildi.

Sərgiyə eyni zamanda 1-ci sinif şagirdləri nağıl qəhramanları obrazında rəng qatdılar. Mütaliənin rolu haqqında çıxışlar, diskusiyalar aparıldı. Sərgidə azyaşlı uşaqlar üçün nağıllar oxundu. Uşaqların mütaliənin önəmi haqqında fikir söylədikləri videoçarx göstərildi.

Tədbirə yekun vuran məktəbin direktoru Rövşən Qasımov kitabların insan həyatında əsas rolundan danışdı. “ Qazi müəllimlər kitabı ”nı kitabxanaya təqdim etdi. Məktəb kitabxanaçıları Hüseynova Günay və Vəliyeva Jaləyə işlərində uğurlar arzuladı.

Günün sonuna kimi sərgidə məktəblilərin iştirakı təmin olundu. Sərgiyə gələn uşaq və müəllimlərə nümayiş etdirilən kitablar haqqında məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi