İNTİBAH ŞAİRİ – NİZAMİ GƏNCƏVİ

Məktəbimizdə dahi Azərbaycan şairi N.Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilmişdir.

Azərbaycan ədəbiyyatının intibahı onun adı ilə bağlıdır. Onun yaradıcılığı yaddaş, ağıl, düşüncə tərzinin əhatəliliyidir. Nizami sözün  qüdrətini o qədər əsrarəngiz formada əyani göstərmişdir ki, onun fəlsəfi kəlamları hər yaş dövrümüzdə həyatımızın bir mənası olacaqdır. Azərbaycan ədəbiyyatını “ Xəmsə ” adı ilə dünyaya tanıtdıran Nizaminin qüdrəti o qədər böyükdür ki, ona yiyə durmaq istəyənlər də, onu özününküləşdirmək istəyənlər də, zaman – zaman şairi yazdığı dilə görə fars şairi kimi tanıtdırmağa çalışdılar. Şairin türkçülük faktları və ideologiyası ilə zəngin əsərləri onun milli kimliyini sübut etdi.

Şairin poemalarına ayrı – ayrılıqda nəzər salındı. Bugünkü günümüzdə bəşəriyyətə lazım olan humanist fikirlər, gender bərabərliyi, əmək və əməkçi insana münasibət, ölkənin idarə olunması kimi vacib məsələlər səkkiz əsr bundan əvvəl dühanın yaradıcılığının başlıca  leytmotivi olmuşdur. Müəllimlər və şagirdlər çıxışlarında Nizami yaradıcılığından nümunələr gətirərək onun dünya ədəbiyyatındakı rolundan söz açdılar. Şairin lirik şeirləri ifadəli şəkildə söylənildi, Nizami yaradıcılığından müdrik kəlamlar səsləndirildi.

Konfransa yekun vuran məktəbin direktoru Rövşən Qasımov Nizami yaradıcılığının dünya korifeyləri sırasında özünəməxsus yeri olduğunu vurğuladı. Nizami Gəncəvi yaradıcılığının əbədiyaşarlığı onun əsərlərində yaratdığı qəhrəmanlıq və ədalətlilik prinsipləridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi