NIZAMI GƏNCƏVİ - 880

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “ 2021 – ci il Nizami ili ” elan edilmişdir.

Dahi Azərbaycan şairi,  mütəfəkkiri Nizami Gəncəvi vətənimizdə və bütün dünyada tanınmışdır. N.Gəncəvi dini və dünyəvi elmləri dərindən mənimsəmiş, dövrünün tanınmış alimlərindən olmuşdur. O, fars və ərəb dillərindən başqa, bir sıra digər dilləri də mükəmməl öyrənmişdir. Ədəbiyyatımızda ilk süjetli poema və ədəbiyyatda intibah onun adı ilə bağlıdır. Şairin lirikasında diqqəti cəlb edən insana dərin məhəbbət, onun qüdrətinə inam hissidir. Əsərlərində xalq və hökmdar probleminə toxunur, hökmdarlara təsir etməyə çalışır, onları ədalətli olmağa, xeyirxah əməllərə səsləyir. Dahi şairin əsərlərindən məlum olur ki, o, çox müdrik, humanist, insanpərvər, gözütox insan olmuş, müasirləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Məktəbimizdə “ Nizami ili ” ilə əlaqədar silsilə tədbirlərin sonu olaraq ədəbi – bədii gecə keçirilmişdir. Tədbirdə şagirdlər N.Gəncəvinin hər bir poeması haqqında məlumat verdilər. Nizami əsərlərindən hazırladıqları səhnələri göstərdilər. Bir qrup şagird isə şairin qəzəllərini söylədilər. Usdad şairdən qalan 36 kəlam şagirdlər tərəfindən söylənmiş, şairin əsərlərində müxtəlif elmlərə aid nümunələri göstərmişlər.

Tədbiri yekunlaşdıran  məktəbin direktoru Qasımov Rövşən müəllim Nizami Gəncəvi irsinin bundan sonrakı dövrlərdə də tədqiqat obyekti olacağını söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi