MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ QURUCUSU

Azərbaycan Respublikasının banisi Ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillik dövründə vətənpərvərliyi ilə seçilən dünya liderləri sırasında olmuşdur. Hələ kommunist partiyası dövründə Bakıya qoşun yeridilməsinə və “ 20 Yanvar ” faciəsinin törədilməsinə etirazını açıq şəkildə bildirərək, partiya sıralarını tərk etmişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycana qayıdanda ölkə parçalanma təhlükəsində idi. Hərc – mərclik, ermənilərin hücümları, dağılmış iqtisadiyyat, pərakəndə vəziyyətdə olan  ordu ilə qarşılaşdı.

Ancaq uzaqgörən siyasətçi özünün çoxillik təcrübəsindən istifadə edərək ardıcıl, düşünülmüş addımlar atmağa başladı. “ Əsrin müqaviləsi ”nin bağlanması, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, ordu quruculuğuna aid işlərin sistemləşdirilməsi, Atəşkəsin əldə edilməsi, siyasi və iqtisadi cəhətdən güclənmək Ulu öndər Heydər Əliyevin əsas diqqətində olan məsələlər idi.

Bu gün müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderimizin ideyalarını həyata keçirərək Qarabağıımızı azad etdi.

Məktəbimizdə  Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müəllimlər və şagirdlər tərəfindən Ulu öndərin həyatı və fəaliyyəti haqqında məlumatlar verilmiş, slaydlar göstərilmişdir.

Tədbirin sonunda məktəbin direktoru Qasımov Rövşən müəllim Heydər Əliyevin təhsil, mədəniyyət, ordu quruculuğu, iqtisadiyyat və  idman sahələrində, neft strategiyası sahəsində gördüyü işlərdən danışmış, keçirilən rəsm müsabiqəsinin qaliblərini mükafatlandırmışdır.

Məktəb direktorunun qeyd etdiyi kimi, Ali Baş Komandan İlham Əliyev Ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Qarabağın incisi Şuşanı azad etdi, 44 günlük müharibədə zəfər qazanaraq tarixə qızıl hərflərlə Azərbaycanın qələbəsini yazdı.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ QÜRUR VƏ  EHTİRAMLA ANIRIQ!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi