17 NOYABR MİLLİ DİRÇƏLİŞ GÜNÜ

1988-ci ildən başlayaraq SSRİ dövlətinin başında oturanların Azərbaycan xalqına qarşı yürütdükləri, milli ayrı – seçkilik siyasəti açıq şəkildə biruzə verirdi. Mənfur ermənilər Qarabağda qətllər törədir, əhalini incidir, torpaqlarımızı hissə - hissə ələ keçirməyə başlamışdılar.

SSRİ dövlətində baş verən boşluqdan istifadə edən ermənilər Ağdamda 2 azərbaycanlını qətlə yetirir və Topxana meşəsini vəhşicəsinə talan edirlər.

Azərbaycan xalqı bir tərəfdən müstəqillik yolunda mübarizə aparır, digər tərəfdən namərd qonşuların təxribatlarına cavab verməyə çalışırdı. 1989 – cu il 17 noyabr tarixindən başlayaraq milyonlarla insan Azadlıq meydanına toplaşırdı.

Azərbaycan xalqı bütün dünyaya öz müstəqilliyi və suverenliyi uğrunda qətiyyətli mübarizəyə qalxdğını göstərirdi.

Milli hərəkatın yekunu məhz Azərbaycanın müstəqillik aktının qəbul edilməsi ilə nəticələndi.

Məktəbimizdə 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda məktəb rəhbərliyi, müəllimlər və şagirdlər istirak etmişlər. Müəllimlər və şagirdlər o dövr baş verənlər  haqqında məlumat vermişlər. Tədbirdə slaydlar nümayiş etdirilmişdir. Konfransda məktəbin direktoru Qasımov Rövşən  müəllim həmin dövrdə şahidi olduğu hadisələri və dövrün ictimai - siyasi vəziyyətini analiz edərək bildirdi ki, Sovetlər İttifaqına rəhbərlik edən Qorbaçov, Primakov, Boqatin və Yazovların Azərbaycana qarşı törətdikləri fitnə -  fəsadlar, açıq - aşkar xalqa olan təcavüz, ordunun Azərbaycana yeridilməsi və məqsədli şəkildə insanlara qarşı qiyamın törədilməsi də Sovet İttifaqının son iç üzünü açmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi