QƏLƏBƏ NÜMUNƏSİ - QƏNİMƏTLƏR PARKI

Gənc nəslin təlim – tərbiyəsi ilə məşğul olan əsas yerlərdən birincisi məktəbdir. Məktəb təkcə təhsil verməklə kifayətlənmir, həm də şagirdlərin  bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Şagirdlərin dünyagörüşünün  inkişafı üçün ekskursiya və ziyarətlər vacib amillərdəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə yaradılan Qənimətlər Parkı təkcə Azərbaycan xalqının deyil, dünya ölkələrinin və Bakıya gələn qonaqların da diqqətini çəkir. Oktyabr, noyabr ayları ərzində məktəbimizin  20 – dən artıq sinfi Qənimətlər Parkında olmuşlar.

Şagirdləri ekskursiyaya aparan müəllimlərimiz Qənimətlər Parkında sərgilənən düşmənin sıradan çıxarılan texnikaları haqqında məlumat vermişlər. Eyni zamanda Qənimətlər Parkında şagirdlərimiz mənfur düşmənin məhv edilən texnika və silahlarına canlı olaraq baxaraq igid əsgər və zabitlərimizin qəhrəmanlıq şücaətləri ilə tanış olmuşlar. 5B  sinif şagirdləri və sinif rəhbəri Kazımova Aygün müəllim Türkiyə Respublikasının “ Haber Qlobal ” TV kanalına Vətən müharibəsi haqqında məlumat vermişdir.

Qənimətlər Parkı Ali Baş Komandan İlham Əliyev başda olmaqla zabit və əsgərlərimizin şücaətinin bariz nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi