MÜƏLLİM VƏ ŞAGİRDLƏRİMİZ ZƏFƏR YÜRÜŞÜNDƏ

Əsrlərlə  Azərbaycan torpağı yadelli işğalçıların əsarətində olmuşdur. Xarici ölkələrdən köçürülən ermənilər Azərbaycanın ən gözəl yerlərində yerləşdirilmişdir.

1988 – ci ilin fevralından ermənilər yenidən baş qaldırmağa başladılar, Azərbaycana qarşı şər, böhtan və qan tökməklə 20 faiz torpağını işğal edib talamağa başladılar.

Artıq torpaqlarımızın işğalı 30 il idi davam edirdi. Ancaq Ümummilli  lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu illər ərzində lazımi müqavilələr bağlayır, iqtisadiyyatı gücləndirirdi. Yeni dünyəvi silahlarla ordunu təchiz etmiş və dünyanı heyrətə salacaq ordu yaratmışdı. 27 sentyabrda başlanan Vətən müharibəsində Azərbaycan ordusu öz gücü ilə düşmən ordusunu darmadağın edirdi. Ardıcıl olaraq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları azad edildi. Hərb tarixinə düşəcək döyüşlərlə 8 noyabrda Şuşa şəhəri azad edildi və 10 Noyabr  2020 – ci il tarixində düşmən ağ bayraq qaldıraraq təslim oldu.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 03 dekabr 2020 – ci il tarixli sərəncamı ilə 8 noyabr Azərbaycan Respublikasında  “ Zəfər Günü ” kimi qeyd edilir.

Məktəbin direktoru Rövşən Qasımovun rəhbərliyi ilə məktəbimizin müəllim və şagirdləri 8 noyabrda keçirilən Zəfər Yürüşündə iştirak etmişlər.

Bütün Azərbaycan xaıqı “ 8 Noyabr Zəfər Günü ”nü təntənəli şəkildə qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi