QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycan xalqı qədim tarixə malik soy-kökü uzaqlara gedib çıxan millətlərdəndir. Qədim tarixə malik olan bu ölkənin müəllimlik peşəsi də həmişə öncüllərdən olmuşdur. Məktəb kollektivinin də hər biri “Zəfər günü”nə öz töhfəsini verməyə çalışır.

Məktəbin coğrafiya müəllimi Mustafayeva Zülfiyyə müəllim şagirdləri ilə birlikdə “Qarabağ Azərbaycandır” mövzusunda videotəqdimat hazırlamışlar. Təqdimat zamanı Azərbaycanın əzəli və əbədi ayrılmaz hissəsi olan Qarabağın tarixi tərənnüm olunmuşdur. Ermənilərin süni şəkildə bura yerləşdirilməsi, onların xarici və daxili əlaltıları ilə birlikdə getdikcə azərbaycanlıları sıxışdırıb çıxarmaları haqqında ətraflı məlumat verilmişdir. Müəllimlə yanaşı şagirdlər də öz çıxışlarında azad Qarabağ, bütöv, tam Azərbaycan ruhuna aid şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi