ZƏFƏR BAYRAMI

04.11.2021 – ci il tarixində məktəbimizdə “ Zəfər Günü “nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlamışdır. Sonra məktəbimizin direktoru Rövşən Qasımov tədbir iştirakçılarını salamlayaraq, tədbiri açıq elan edərək, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılmışdır. Tədbirdə şəhid ailələri, qazilər və digər qonaqlar iştirak etmişlər.

Tədbirin aparıcıları Vətən müharibəsi haqqında ətraflı məlumat verərək, sözü birincilərə verdilər. Birinci sinif şagirdləri sinif müəllimi Aybəniz Həsənova ilə birlikdə Azərbaycan Bayrağı haqqında məlumatlar, “ Azərbaycan ” və “ Şəhidlər  ” mövzusunda şeirlər söylədilər. Tədbirin davamı N.Cəmalə müəllim və A.Gülxanım müəllimin rəhbərliyi ilə hazırlanan səhnələr nümayiş etdirilmiş, şagirdlərin ifasında mahnılar, rəqslər ifa edilmişdir.

Tədbirdə iştirak edən şəhid analarına, qazilərə və qonaqlara söz verilmişdir. Şəhid valideynləri övladları haqqındakı xatirələri, qazilər və müharibə iştirakçıları isə müharibə dövründə baş verən hadisələrlə bağlı tədbir iştirakçıları ilə öz fikirlərini bölüşmüşlər.

Sonda məktəbin direktoru Rövşən Qasımov Zəfər tarixinə aparan yoldan sitatlar gətirərək, Möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərliyi sayəsində Zəfər qələbəsinin qazanılmasını xüsusi vurğulamışdır. Eyni zamanda Ulu öndər Heydər Əliyevin 1993 – cü ildə ölkəyə 2 – ci qayıdışından sonra ölkənin qurulmasındakı xidmətlərindən ürək dolusu danışmışdır. Qələbənin əldə olunmasında güclü ordunun illər boyu qurulmasındakı xidmətlərindən və eyni zamanda ordudakı peşəkarlıq səviyyəsindən və nizam intizamın yüksək olmasından sitatlar gətirərək bu yolda şəhid olanlara Allahdan rəhmət, onların yaxınlarına səbr diləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi