HƏRBİ - İDMAN FESTİVALI

Azərbaycan xalqı  - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, yenilməzliyini 44 gün ərzində nümayiş etdirdi.

Məktəbimizdə “ Zəfər Günü ”nə həsr olunmuş tədbirlər davam etdirilir. Növbəti tədbirimiz Hərbi – İdman festivalı olmuşdur. Tədbiri məktəbin direktoru Q.Rövşən müəllim açıq elan etmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirimizdə şəhid ailələri, şəhid anaları, qazilər və qonaqlar iştirak etmişlər.

Hərbi müəllim T.Vüsal şagirdlərdən ibarət  taqım yaratmış və onları tam hərbi geyimlə təchiz etmişdi.

Taqımın müşayəti ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı tədbir meydanına gətirilərək, qaraul dayanmışdır.

Şagirdlərin mahnı və şüarlarla hərbi keçidləri hamının diqqətini çəkdi. Şagirdlərdəki vətənpərvərlik ruhu aydın sezildi.

Tədbirin ikinci hissəsində fiziki tərbiyə müəllimləri  A.Namik, V.Adil və N.Xətainin iştirakı ilə müxtəlif idman növlərinə aid tapşırıqlar yerinə yetirildi.

Tədbirə yekun vuran məktəbin direktoru Rövşən Qasımov müəllimlərə və şagirdlərə öz dərin təşəkkürünü bildirdi.

70 – dən çox müqəddəs şəhidlərimizin şəkilləri tədbir meydanına gətirilmiş və yad edilmişdir.

Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını canı, qanı ilə yazan şəhidlərimiz heç vaxt unudulmayacaq!  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi