ŞEİR, MAHNI, İNŞA MÜSABİQƏLƏRİ

Məktəbimizin şagirdləri keçirilən istənilən tədbir və müsabiqələrdə  fəal iştirak edirlər.

Şeir müsabiqəsində şagirdlərin söylədikləri şeirlər, əsasən, vətənpərvərlik mövzusunda idi.

Şagirdlər bədii qiraət zamanı şeirləri intonasiya ilə söyləyir, durğu işarələrinin işlənməsini diqqətdə saxlayır, misradaxili bölgünü və rədifi düzgün ifadə edirdilər.

Şeir müsabiqəsində Məmmədcəfərli Aysu, Məmmədova Hökümə, İbrahimova Aysu, Yaqublu Fatma, Şəfiyeva Zəhra, Rüstəmova Jalə, Mütəllimova Nəzrin, Səfixanova Nigar fərqlənmişlər.

Şagirdlər şeirləri söyləyərkən mövzuya və məzmuna uyğun emosiyanı ruhən yaşamağa çalışırdılar.

“ Xudayar təsnifi ” mahnı müsabiqəsində şagirdlərimiz fəallıq göstərmişlər. Onlardan Alızadə Samir, Mustafazadə Nuray, İmanov Kənan və Məmmədova Gülay həzin musiqi nömrələri ilə fərqlənmişlər.

“ Zəfərə doğru addımla ” esse müsabiqəsində 11 – ci sinif şagirdi Yaqublu Fatma Vidadi qızı, “ Müzəffər Ordumuzun Zəfər Yürüşü ” inşa yazı müsabiqəsində isə 9 – cu sinif şagirdi Həsənzadə Nuray  Kənan qızı iştirak etmişdir.

Məktəbimizin distant təhsilə keçdiyinə baxmayaraq “ Zəfər Günü ”nə həsr olunmuş bütün tədbirlərdə şagirdlərimiz fəallıq göstərirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi