BİZ SİZİ HEÇ VAXT UNUTMARIQ

“ Zəfər Günü ”nə həsr olunmuş tədbirlər silsilə şəkildə davam etdirilir. Məktəbimizin müəllim və şagirdlərinin iştirakı ilə  Şəhidlər xiyabanı, Fəxri xiyabanlar, Qənimətlər parkı, Zəfər yarmarkasına ziyarətlər və ekskursiyalar təşkil edilmişdir.

Ziyarət və ekskursiyalar zamanı olduqları hər yerdə müəllimlər şagirdlərə dolğun  məlumat vermişlər.

Şagirdlərimizə Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin əbədiləşdirməsindən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yeni modern ordu quruculuğu və düzgün xarici siyasəti nəticəsində Vətən müharibəsindəki parlaq qələbəmizdən , zabit və əsgərlərimizin  Vətən müharibəsi dövründəki qəhrəmanlıq salnamələrindən bəhs edilmişdir.

Şagirdlərin dünyagörüşünün artması, milli vətənpərvərlik ruhunun daha ciddi formalaşması üçün  təşkil olunmuş ekskursiyaların   rolu əvəzsizdir.

44 gün ərzində mənfur düşməni diz üstə çökdürən Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı dünya mətbuatında hərb tarixində yeni bir eranın başlandığını bildirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi