ZƏFƏR QƏHRƏMANLARI OLAN ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ

29 oktyabr tarixində məktəbimizin müəllim və şagirdləri Xəzər rayonu ərazisində yaşayan I və II Qarabağ şəhidlərinin ailələri ilə görüşmüşlər. Görüş onlayn formatda keçirilmiş, hamının iştirakı təmin edilmişdir. Görüş zamanı müəllim və şagirdlərimizin bir qrupu isə Fəxri xiyabanda Ümummilli lider H.Əliyevin məzarından və Şəhidlər xiyabanından tədbirlə birbaşa bağlantı qurmuşlar. Eyni vaxtda aşağıda adları qeyd olunan  şəhidlərin ailələrinin tədbirə qoşulmasına şərait yaradılmışdır:

İsmayılzadə Vüsal Əlibəndə oğlu, Əkbərov Əmrah Şahid oğlu, Kərimov Mustafa Mais oğlu, Salamov Vüsal Yəhya oğlu, Heybətov Ağəmi Elçin oğlu, Əliyev Murad Hüseyn oğlu, Abbasov Oktay Əfsər oğlu, Quliyev Qabil Oruc oğlu, Orucov Nicat Nihadxan oğlu, Nehmətov Ceyhun Etiqad oğlu.

Ölkəmizin hər yerində, hər bir ailəsində şəhidlərimizə hörmət və ehtiram ən yüksək səviyyədədir.

Başda Ali Baş Komandan İlham Əliyev olmaqla hər bir Azərbaycan vətəndaşının şəhid ailələrinin  yanında olduqlarını həmişə görürük. Görüş zamanı müəllimlərimiz şəhidlər haqqında məlumatlar verdilər, şəhid ailələri şəhid övladları haqqındakı xatirələrini görüş iştirakçıları ilə bölüşdülər. Görüş şəhid ailələri tərəfindən rəğbətlə qarşılandı.

Məktəbin direktoru Q.Rövşən müəllim məktəb kollektivinin  hər zaman onların yanında olduqlarını söyləyərək görüşü yekunlaşdırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi