18 Oktyabr Müstəqilliyin Bərpası Günü

Müstəqil olmaq, müstəqil dövlətin vətəndaşı olmaq ən böyük xoşbəxtlikdir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan çətindir.

Azərbaycan bir əsrdə iki dəfə müstəqillik qazanmaq, özünün suveren dövlətini yaratmaq imkanını qazanmış, lakin təəssüflər olsun ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq dəstəyin olmaması səbəbindən itirilmişdir.

Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə 1991-ci il oktyabrın 18-də bərpa etdi.

Ümummilli lider Heydər Əliyevin siyasi bacarığı və uzaqgörənliyi nəticəsində müstəqilliyimiz əbədilik qazandı.

Məktəbimizdə 18 Oktyabr  “ Müstəqilliyin Bərpası Günü “nə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Tədbirə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər qoşulmuşdu.

Müəllimlər və şagirdlər Azərbaycanın tarixi, müstəqilliyin bərpası haqqında ətraflı məlumat verdilər. Şagirdlərin hazırladıqları kompozisiyalar dinlənildi, slaydlar göstərildi.

Tədbiri məktəbin direktoru Q.Rövşən müəllim yekunlaşdıraraq hər birimizin bu müstəqilliyi qorumaq üçün əzmlə çalışmalı olduğumuzu, şagirdlərimizin biliklərə daha mükəmməl yiyələnmələrinin vacibliyini faktlarla bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi