MƏKTƏB PEDAQOJİ ŞURASININ İCLASI

Məktəbimiz distant təhsilə keçirildiyinə görə 23 oktyabr tarixində məktəb pedaqoji şurasının onlayn iclası  keçirildi. Məktəbin direktoru Q.Rövşən müəllim iclasın gündəliyində duran məsələlər haqqında məlumat verdi.

1) 5 – 9 - cu siniflər üzrə minimal proqramın tətbiqi.

2) 2 – 9 - cu siniflər üzrə diaqnostik qiymətləndirmənin aparılması.

3) 8 – 11 - ci siniflər üzrə fənn olimpiadasının keçirilməsi.

4) Məktəb sənədlərinin işlənməsi qaydaları.

5) “ Zəfər Günü “ ilə əlaqədar onlayn təqdimatların keçirilməsinə dair   

    tapşırıqlar.

6) Cari məsələlər.

Çıxışlarda direktor müavinləri, fənn müəllimləri tərəfindən  gündəlikdə olan məsələlərə aid görülən işlər haqqında hesabatlar verildi.

Məktəb direktoru tərəfindən müəllimlərə görüləcək işlər barədə fərdi yaxud ümumi tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi