ZƏFƏRƏ DOĞRU

Bakı şəhəri 322nömrəli tam orta məktəbdə “ Zəfər Günü “ nə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Məktəbimizin distant təhsilə keçirilməsinə baxmayaraq 22 oktyabr tarixində tədbirlər planına uyğun olaraq müəllimlərin və şagirdlərin təqdimatları olmuşdur.

Məktəbin direktoru Q. Rövşən müəllim tədbir iştirakçılarını salamlayaraq 44 günlük müharibə dövründən məlumat verdi.

Məktəbin coğrafiya müəllimi E.Əminə müəllim “ Qarabağın flora və faunası “ mövzusunda hazırladığı təqdimatı nümayiş etdirdi. Əzəli Qarabağımızın yeraltı və yerüstü sərvətləri haqqında məlumatı  slaydlar vasitəsilə iştirakçılara çatdırdı.

Tarix müəllimi İ.Şadoğlan müəllim isə “ Qarabağ tarixi “ mövzusunda təqdimat hazırlamışdı. Təqdimatda əsas yeri ermənilərin Qarabağa yerləşdirilməsi

məsələsinə yönəltmişdi.

Tədbirdə həmçinin 11-ci sinif şagirdlərinin də hazırladıqları təqdimatlar dinlənilmişdir. Şagird Y.Fatmanın “ Zəfərə doğru addımla “ və şagird C.Cəvahirin    “ Qarabağ ədəbi mühiti “ təqdimatları hamı tərəfindən rəğbətlə qarşılandı.

Onlayn tədbir Alı Baş Komandan İlham Əliyevin  “ Qarabağ Azərbaycandır! “sözü ilə yekunlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi