VƏTƏN SƏNƏ OĞUL DEDİ

Bu gün məktəbimizin nur üzlü şəhidi Əmrah Şahid oğlu Əkbərovun anım günüdür. Bu münasibətlə məktəb rəhbərliyinin keçirdiyi tədbirdə qəhrəman şəhidimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, ömür yoluna nəzər salındı:

  • Əmrah Şahid oğlu Əkbərov 21 fevral 1998-ci ildə Lerik rayonunun Livədirqə kəndində anadan olub. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinfinə gedir. 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta məktəbdə davam etdirir. O, 2013-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2016-cı ildə həmin liseyi bitirmişdir. Elə həmin ili Əmrah Əkbərov  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuşdur. 2020-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq baş kəşfiyyatçı kimi xidmət etməyə başlamışdır.

Əmrah Əkbərov 2020-ci il sentyabrın  27-də Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əmrah Əkbərov oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Əmrah Əkbərov ölümündən sonra  vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  “ Vətən uğrunda “, şəxsi igidliyi və şücaəti nümayış etdirdiyinə görə  “ Cəbrayılın azad olunmasına görə “,  Xocavəndin azad olunmasına görə “, döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə  “ Hərbi xidmətlərə görə “ medalları ilə təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi