Narkomanlığa qarşı mübarizə

Bakı şəhəri Xəzər rayonu 322 nömrəli tam orta məktəbdə 31 may 2016-cı il tarixdə narkotik maddələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunda tədbir keçirildi. Tədbirdə iştirak edirdilər: Xəzər RPİ-nin rəisi, polis polkovniki Azər Muradov, Xəzər RPİ - nin rəis köməkçisi polis polkovniki İsmayıl Qasımov, 2 - ci polis bölməsinin rəisi polis polkovniki Sahib Babayev, Xəzər rayon İcra hakimiyyətinin nümayəndəsi Rövşən Quliyev, 14 saylı ŞBX-nın həkimi Validə Əliyeva və digər əməkdaşlar, məktəbin direktoru Mürvət Mirzəyev. Çıxışlar edilmiş, narkomaniyanın törətdiyi acı nəticələrinə aid videogörüntülər nümayış etdirilmiş, cəmiyyəti və gələcək nəsli bu bəladan uzaq tutmaq üçün hamının birlikdə mübarizə aparmağının vacib olduğu bildirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi