27 sentyabr - Anim Günü

  

           27 sentyabr – Anım Günü ilə əlaqədar məktəbimizdə tədbir keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Rövşən Qasımov çıxış edərək  bu günün necə qürurverici bir gün olduğu haqda məlumat verdi. Tədbirdə şəhid anaları, qazilər  çıxış etdilər. Tarix müəllimləri Gülxanım müəllim və Şadoğlan müəllim, düşmən üzərində qələbəmizə siyasi baxışdan digər dövlətlərin mövqeyini və münasibəti barədə danışdılar. Qazilərimiz keçdikləri döyüş yolundan  söhbət açdılar. Məktəbimizin direktoru  Rövşən Qasımov  qazilərimizə kitablar hədiyyə etdi. Şagirdlər şəhidlərimizin şəkli olan geyimdə məktəbimizin şəhidlər guşəsinin önündə şeirlər söylədilər, xatirə şəkilləri çəkdirdilər. X və XI sinif şagirdləri Buzovna qəbiristanlığında şəhidlərin qəbirlərini ziyarət etdilər. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi