“ ZƏFƏR İLİ “NİN İLK ZƏNGİ!

         Sentyabrın 22-də  I – IVsiniflər üzrə 2021-2022-ci dərs ili başlanıb.  Məktəb iki növbəli olduğu üçün I siniflər və Sağlam təhsil sinifləri birinci növbə, II, III və IV siniflər isə ikinci növbə əyani şəkildə dərsə başlayır. Toplantı Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktədin direktoru Rövşən Qasımov şagirdləri və müəllimləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi və onlara yeni dərs ilində müvəffəqiyyətlər arzuladı. Rövşən müəllim məktəbin keçən ilki uğurlarını xüsusi qeyd etdi. Çıxış üçün sözü məktəbimizin rus dili müəllimi, eyni zamanda şəhidimiz İsmayılzadə Vüsalın anası Lalə müəlliməyə verdi. Lalə müəllimə şagirdlərə yeni dərs ilində uğurlar, Vətəni sevməyi, Vətənə layiqli övlad olmağı arzuladı. Toplantıda eyni zamanda məktəbimizin keçmiş məzunları, fəxrimiz olan qazilərimiz Sadıqov Mirseyib, İlyasov İlyas, Əhmədli Əli də iştirak edirdilər. Birincilər məktəbə, qələbəyə həsr olunmuş şerlər söylədilər, ilk zəngi səsləndirdilər.Məktəbimizdə “ Məktəbimizin nur üzlü şəhidləri “ guşəsində şəkillər çəkdirildi.

      COVİD-19 pandemiyası ilə əlaqədar şagirdlərin hərarəti ölçülərək, müəllimlərin müşayəti ilə siniflərə daxil oldular.İlk dərslər “ Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi