İmtahan nəticələri müzakirə edildi

 29 aprel 2020- ci il tarixində məktəb direktoru Mürvət Mirzəyevin təşəbbüsü ilə 9- cu sinif şagirdlərinin  buraxılış imtahanının  I mərhələsindəki nəticələrinin müzakirəsinə həsr olunmuş videokonfrans keçirilmişdir. Konfransda direktor müavinləri, 9- cu sinif rəhbərləri, həmin siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənn müəllimləri iştirak etmişlər. İmtahan nəticələri siniflər və fənlər üzrə  müzakirə olunmuş, hər bir fənn müəllimi, sinif rəhbəri ayrı- ayrılıqda dinlənilmiş və onlara lazımi göstərişlər verilmişdir. Şagirdlərin onlayn dərslərə cəlb edilməsi və səmərəli keçirilməsi üçün onların valideynləri ilə əlaqəni gücləndirməyin zəruri olduğu bildirilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi