Əsrin faciəsi Xocalı

   Azərbaycan tarixinin qara səhifəsi adlandırılan və bu səhifədə unudulmaz qanlı iz buraxan əsrin faciəsi olan Xocalı soyqırımından 28 il ötür. Düz 28 ildir xalqımız həmin gündə erməni faşistlərinin xalqımızın başına gətirdikləri müsübətləri heç cür unuda bilmir. Azərbaycan xalqının qəlbinə vurulan bu yara əsrlər ötsə belə unudulmayacaq. Azərbaycan dövlətinin rəhbərliyi və hər bir vətənpərvər övladı Xocalı faciəsini dünyaya tanıdılması uğrunda mübarizə aparır. Dünyanın bir çox ölkələrinin parlamentləri artıq "Xocalı soyqırımı" nı tanıyıb. Xocalı faciəsinə tarixi və hüququ qiyməti ilk dəfə Ulu öndər Heydər Əliyev vermişdir. 

 Məktəbimizdə "Xocalı soyqırımı" nın 28 -ci ildönümünə aid tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən 26 fevral tarixində 1- ci dərs saatları Xocalı faciəsinə həsr olunmuş, rəsm sərgisi təşkil olunmuş, faciəni əks etdirən vidio slaydlar göstərilmiş, sinif divar qəzetləri Xocalı faciəsinə həsr olunmuşdur. Müəllimlərimiz  "Ana harayı" abidəsini ziyarət etmişlər. 26.02.2020- ci il tarixində

" Xocalını unutma" adlı ədəbi- bədii tədbir keçirilmişdir. Tədbirdə müəllimlərin və şagirdlərin çıxışlarında Xocalı gerçəklikləri bir daha açıqlanmış, şagirdlərin hazırladıqları kompozisiyalar göstərilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi