21 Fevral Beynəlxalq Ana dili günüdür

  21 fevral tarixi bütün dünyada " Ana dili Günü" kimi qeyd olunur. Hər il olduğu kimi məktəbimizdə də "Beynəlxalq Ana dili Günü" nə həsr olunmuş tədbirlər keçirilmişdir. Keçirilən konfransda məktəbin müəllimləri və 10, 11- ci sinif şagirdləri iştirak etmişlər. "Dillərin yaranması və formalaşması", "Dünya dilləri", " Türk dilləri ailəsi" , " Azərbaycan dilinin dünya dilləri arasında yeri" və s. mövzularda müəllimlərin və şagirdlərin çıxışları dinlənilmiş, müzakirə edilmişdir. Məktəbin akt zalında isə daha geniş tədbir keçirilmişdir. Tədbirdə slaydlar göstərilmiş, çıxışlar edilmiş, dahi şəxsiyyətlərin, şair və yazıçıların öz nitqləri ilə söylədikləri dil haqqında məlumatlar, aforizmlər və şeirlər dinlənilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi