"Güclü ordu, qüvvətli dövlət" mövzusunda açıq dərs

  13 dekabr 2019- cu il tarixdə məktəbin 8- ci sinfində Azərbaycan tarixi fənnindən "Güclü ordu, qüvvətli dövlət" mövzusunda açıq dərs keçirilmişdir. Dərs zamanı mərkəzləşmiş dövlətin yaranması və tənəzzülü, Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlər, XVIII əsrə aid yazılı mənbələrin təhlili geniş analiz edilmişdir. Açıq dərs müddətində müəllim və şagirdlər fəallıq göstərmişlər. Dərsdə olan əsas məqsəd: XVIII əsrin I yarısında Azərbaycan torpaqlarının azad edilməsi, Nadir xanın şah seçilərək Azərbaycan dövlətçiliyində oynadığı rol və yazılı mənbələrin təhlili idi. Müəllim əsasən məqsədinə nail olmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi