Valideynlərimiz məktəbdə

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  " Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində 13 dekabr 2019- cu il tarixdə məktəbə bir qrup valideyn dəvət edilmiş, onlar hərtərəfli məktəblə tanış edilmişlər. Valideynlərimiz  dərs məşğələlərində iştirak etmiş, " Sağlam təhsil" layihəsi ilə yaradılan sağlam təhsil siniflərində olmuş, məktəbin bufeti, akt zalı və kitabxanası ilə yaxından tanış olmuşlar. Valideynlər şagirdlərin əl işlərindən hazırlanmış sərgiyə baxmışlar. Sonda məktəb rəhbərliyi valideynlərlə masa ətrafında görüş keçirmiş, onların rəy, təklif və tövsiyələrini dinləmişdir. Valideynlərlə keçirilən mütəmadi görüşlər şagirdlərin təhsil və tərbiyəsinə öz müsbət təsirini göstərir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi