Tarix yazan şəhidlər
27 sentyabr 2024-cü il tarixində 321 nömrəli tam orta məktəbdə Anım gününə həsr olunmuş "Tarix yazan şəhidlər" adlı tədbir keçirildi.Tədirdə şəhid ailələri və qazilər iştirak edirdilər.Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Şəhid məzunumuz Ələddin Xəlilovun anası Elnarə xanım,şəhid Pünhanın anası Cəmilə xanım çıxış edərək övladlarının Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmalarından qürur duyduqlarını bildirdilər.Vətən müharibəsi veteranı,qazi Ələmdar Abdullayev,qazi Bəhrəm Rəcəbli öz çıxışlarında bildirdilər ki,dövlətimiz və xalqımız hər zaman şəhid ailələrinin və qazilərin qayğısına qalır,onların qələbəmiz üçün verdiyi töhfələri yüksək dəyərləndirir.Müzəffər Ali baş komandan İlham Əliyevin dəmir iradəsi, siyasi uzaqgörənliyi , Vətən sevgisi igid oğullarımızın qollarına güc gətirdi.Mənfur düşməni torpaqlarımızdan qovduq.Anım günü böyük qələbənin başlnğıcıdır.Bu gün bizim qürur günümüzdür.