31 mart soyqırımı
29 mart 2024-cü il tarixində məktəbdə 8-9cu sinif şagirdləri üçün "Unutmayaq,unutdurmayaq!" adlı tədbir keçirildi.Tədbirin keçirilməsində məqsəd 31 mart azərbaycanlıların soyqırımı gününün anılması idi.Tədbirdə çıxış edən Tarix müəllimləri İlahə Əliyeva və Nurəddin Hümmətov bildirdilər ki,1918-ci il mart ayının sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırım aktı həyata keçirilmişdi.Bu genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirilib. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib.
Çıxış edən tarix müəllimləri bildirdilər ki.ermənilərin Azərbaycanlılara qarşı törətdikləri bütün soyqırım və terror aktlarına ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən siyasi qiymət verilmişdir.44 günlük Qarabağ müharibəsində Azərbaycan torpaqları ermənilərdən təmizlənmiş,yurd-yuvalarından didərgin düşən soydaşlarımız vətənlərinə qeri qaytarılmışdırlar.
Daha sonra çıxış edən Azərbaycan dili və ədəbiyyat müəllimi Nağılı Lalə bildirdi ki, gənc nəslimiz heç bir zaman ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətləri,soyqırımları unutmamalıdır.
Tədbirin sonunda 31 mart soyqırımına həsr olunmuş sənədli film nümayiş olundu.