Bütöv Azərbaycana ilk bahar gəlir

    Martın 12-də  məktəbimizin həyətində “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində xalqımızın milli mənəvi dəyərlərini özündə əks etdirən  Novruz bayramına həsr olunmuş “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı bayram tədbiri də keçirildi. Tədbirdə məktəb rəhbərliyi,Qaradağ Rayon İcra Hakimiyyəti və YAP Qaradağ rayon nümayəndələri,şəhid ailələri,qazilər,müəllim və şagird kollektivi iştirak etdilər.Bahar qızının at belində meydana gətirillməsi,kosa və keçəlin məzəli çıxışları,milli geyimli qızların haxışta söyləmələri hamının marağına səbəb oldu.Tədbirdə çıxış edən el ağsaqqalı Qaraoğlan Həsənov bildirdi ki, digər illərdən fərqli olaraq bu il Novruz bayramı ərazilərinin tam suverenliyinə nail olmuş Azərbaycanda qeyd edilir. Uzun illər sonra bütöv Azərbaycanda Novruzun qeyd edilməsini Ali Baş Komandan İlham Əliyevin böyük liderlik məharətinə, güclü iradəsinə və qətiyyətinə, müzəffər və yenilməz ordumuzun şücaətinə borcluyuq.
     Tədbirin sonunda şəhid analarınin işrirakı ilə bayram tonqalı yandırıldı,yallı sədaları altında dövrə vuruldu.
         

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi