Vətənpərvərlik-ən yüksək mənəvi dəyərdir

   12 mart 2024-cü il tarixində məktəbimizdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 11-ci sinif şagirdlərimiz üçün təşkil etdiyi "Vətənpərvərlik-ən yüksək mənəvi dəyərimizdir" adlı tədbir keçirildi.

 

   Tədbirdə YAP  Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsi Abbas müəllim, QMƏVŞAİB Qaradağ rayon filialının sədri Maqsud Heydərov, qəsəbəmizin şəhidləri-Ələddin Xəlilovun,Ərzulla Həsənlinin, Pünhan Abbasovun, Ramal Məmmədovun, Sadiq Əzizlinin ailələri, qazilərimiz Ələmdar Abdullayev, Bəhrəm Rəcəbli, Hünər Məmmədov, Azər Verdiyev, din xadimi Hacı Qaraoğlan Həsənov, el ağsaqqalı Allahverdi müəllim və müəllimlərimiz iştirak edirdilər.

 

   Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra  şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edildi.Daha sonra kapitan, qazi Ələmdar Abdullayev öz çıxışında 1-ci Qarabağ müharibəsindəki çətinlikləri qeyd edərək 1-ci və 2-ci Qarabağ müharibələri arasındakı fərqlərdən danışdı.

 

   YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev çıxış edərək cənab Ali Baş Komandan İlham Əliyevin  uğurlu siyasətindən, ordumuzun gücləndirilməsindən, dövlətimizin şəhid ailələrinə və  qazilərə  göstərdiyi diqqət və qayğıdan danışdı.

 

   Birliyin  Qaradağ rayon filialının  sədri Maqsud Heydərov Vətən Müharibəsində  Qobustan qəsəbəsi sakinlərinin ruh yüksəkliyindən, döyüş əzmindən danışaraq xatirələrini bölüşdü.Daha sonra məktəbimizin məzunu, Vətən müharibəsində düşmənin 21 texnikasını  məhv edən və "Rəşadət" ordeni ilə təltif olunan qazi Hünər Məmmədova söz verildi.Qəhrəman döyüşçü, fəxrimiz Hünər Məmmədov keçdiyi şərəfli döyüş yolundan danışaraq xatirələrini və təcrübələrini bölüşdü.Məktəbimizin şagirdlərinə qarşıdakı hərbi xidmətlərində uğurlar arzulayaraq  öz tövsiyələrini verdi.Hünər Məmmədovun döyüş yolundan bəhs edən  videoçarx böyük maraqla izlənildi.

 

   Məktəbin direktoru Könül Hüseynova qonaqları salamlayaraq Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin  məktəblərdə təşkil etdiyi  vətənpərvərlik tədbirlərinin böyük əhəmiyyətindən danışaraq  onlara uğurlar arzuladı. 


   Tədbirin sonunda şəhid analarına gül dəstələri və fəxri fərmanlar təqdim edildi. Məktəbimizin fəal şagirdləri və məzunları da diplom və medallarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi