Sağlam qidalanma
İdman həftəsinin 3-cü günü 2a sinfində sağlam qidalanma ilə açıq dərs keçirildi.Sinif rəhbəri Həmidova Məlahət sağlam qidalarla bağlı təqdimat nümayiş etdirdi.Bildirdi ki, düzgün qidalanma sağlamlığın əsas şərtlərindən biridir.Bu şərtə əməl edilməyəndə orqanizmdə maddələr mübadiləsi pozulur və xəstəliklərin əksəriyyəti bu səbəbdən yaranır.Daha sonra şagirdlər vitamin mənbəyi olan meyvələr haqqında şeirlər söylədilər.Həkim və xəstə səhnəciyindən şagirdlər öyrəndilər ki, sağlam yaşamağın açarı,ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır.
#BədənTərbiyəsivəİdmanGünü