Ailəm və məktəbim
28 fevral 2024cü il tarixində 321 nömrəli tam orta məktəbdə "Ailəm və məktəbim" adlı yarışma keçirildi.Yarışmada 10-cu sinif şagirdləri və valideynlərdən ibarət komandalar yarışırdılar.Yarışma Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən start verilən "Valideyn-müəllim-şagird" üçbucağı adlı yeni sosial media layihəsi çərçivəsində keçirilmişdir.
Layihənin keçirilməsində məqsəd valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi,effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması,qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsindən ibarətdir.
Ümumi dünya görüşünü əhatə edən suallardan ibarət yarışmada əvvəlcə komandalar,sonra isə valideyn-övlad cütlükləri yarışdılar.Komandalara məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyələr verildi.