Xocalı faciəsi
26 fevral 2024-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş xüsusi dərslər keçirildi.Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nağılı Lalənin "Ağacsız meşələr" əsərinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.N.Lalənin bu hekayəsində Xocalı soyqırımında köçkün düşən qızın taleyindən bəhs edilir.